Rostov vilayətində pilotsuz təyyarələrin hücumu dəf edildi
Rostov vilayətinin qubernatoru Yuri Slyusar yanvarın 3-də bölgədə dron hücumunun uğurla dəf edildiyini açıqladı.
Crossmedia.az xəbər verir ki, o, Telegram kanalında yazıb :"Rostov vilayətində hava hücumu dəf edilib. Taqanroq və Neklinovski rayonunda PUA-lar məhv edilib".
İlkin məlumata görə, itki yoxdur.
Slyusar aydınlaşdırıb ki, Neklinovski rayonunun Nikolayevo-Otradnoye kəndində partlayış dalğası fərdi evin vestibülündəki pəncərəni uçurub.
20:35 03.01.2026
Oxunuş sayı: 4061