Zaxarova Venesuela vitse-prezidentinin Rusiyada olması ilə bağlı məlumatları təkzib edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Venesuela vitse-prezidenti Delsi Rodrigezin Rusiyaya səfəri ilə bağlı yayılan xəbərləri saxta adlandırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə yanvarın 3-də “İzvestiya” qəzetinə verdiyi açıqlamada deyib.
Zaxarova mediada Rodrigezin hazırda Rusiyada olması barədə yayılan məlumatlara münasibət bildirərək, “Bu, saxtadır”, – deyə qeyd edib və bu iddiaların reallığı əks etdirmədiyini vurğulayıb.
Xatırladaq ki, həmin gün ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bəyan edib. Daha sonra Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanıldıqdan sonra helikopterlə təxliyə edilərək gəmiyə yerləşdirildiyini də açıqlayıb.
Bu hadisələr fonunda Venesuela rəhbərliyi ilə bağlı müxtəlif ziddiyyətli məlumatlar mediada yayılmağa davam edir.
19:42 03.01.2026
Oxunuş sayı: 4519