Qanayan ağacın sirri: Əjdaha qanı ağacı niyə bu qədər qiymətlidir?
Dünyanın ən maraqlı və uzunömürlü ağaclarından biri olan Əjdaha qanı ağacı əsrlər boyunca alimlərin diqqətini çəkmiş, fantastik görünüşü və tək özünəməxsus xüsusiyyətləri ilə təbiətin nadir hədiyyəsi sayılır. Belə ki, bu ağac həm ekosistem üçün, həm də insan sağlamlığı üçün çox qiymətlidir. Əjdaha qanı ağacı əsasən iki növdə rast gəlinir: Dracaena cinnabari, Yəmənin Sokotra adasına endemik, və Dracaena draco, Kanarya adaları və bəzi Atlantik adalarında yetişən növdür. Hər iki növün gövdəsi və budaqları yaralandıqda parlaq qırmızı qan axır. Bu qan havaya çıxdıqda sərtləşir və tarixi dövrlərdə , bədən boyası və dərman məqsədilə istifadə olunub. Ağac yavaş böyüyən, yapraq tökməyən və çətirə bənzər bir formaya malikdir, sıx budaqları ağacın su itkisini azaldır və uzunömürlü olmasını təmin edir. 10–15 il böyüdükdən sonra çiçək açır və xarakterik görünüşü əmələ gəlir. Dracoid habitus adlanan böyümə tərzi ilə gənc yarpaqlar hər 3–4 ildən bir tökülür, fevral ayında çiçəklər açır, sonra isə narıncı və qırmızı meyvələr əmələ gəlir, bu meyvələr quşlar və digər heyvanlar tərəfindən yeyilərək toxumların yayılmasına kömək edir.
Əjdaha Qanı ağacının qırmızı qanı insan sağlamlığı üçün çox qiymətlidir. Tədqiqatlar göstərir ki, bu maye insan qanında olan dəmir ehtiva edir və antioksidantlarla zəngindir.
Amazon yağışı meşələrində yaşayan yerli xalqlar əsrlərdir bu qandan yaraları dezinfeksiya etmək, qanaxmaları dayandırmaq, dəri problemlərini həll etmək və müxtəlif xəstəliklərin qarşısını almaq üçün istifadə edirlər. Tarixi mənbələr göstərir ki, bu ağacın qırmızı qanı qədim Roma dövründə də dərman məqsədilə istifadə olunub və yeni doğan qadınlar üçün müalicə vasitəsi olub.
Günümüzdə isə kosmetik sənaye, dərman və boya-cila istehsalında hələ də dəyərini qoruyur.
Sokotra adasında Dracaena cinnabari artıq nadir ağac sayılır, bu ağacların böyüməsi üçün müəyyən miqdarda yağış və bulud örtüyü tələb olunur, iqlim dəyişiklikləri və insan müdaxiləsi bu şərtləri nadir edir. Dracaena draco da Kanarya adalarında uzunömürlü bitki kimi tanınır. Hər iki növ Dünya Təbiəti və Təbii Resursları Qoruma Birliyi (IUCN) tərəfindən hassas növ kimi qorunur. Ev şəraitində Əjdaha qanı ağacını yetişdirmək mümkündür, amma diqqətli qulluq tələb olunur, ağacın dibinə qab seçilməli, budaqlar zədələnməməlidir, tohum və fidanlardan düzgün qulluqla evdə də böyütmək mümkündür, bu ağac həm ev, həm də ofis üçün dekorativ və nadir bir bitkidir.
Əjdaha qanı ağacı həm təbiət, həm də insan üçün dəyərli hesab olunur, yaraları və qanaxmaları dayandırır, dərini dezinfeksiya edir, anti-bakterial və antiinflamatuar xüsusiyyətlərə malikdir, antioksidantlarla zəngin olub sağlamlığı dəstəkləyir, dəri problemlərinin müalicəsində kömək edir və yerli xalqlar tərəfindən pis ruhlardan qorunmaq və evlərin qorunması üçün də istifadə olunub.
Tarixi, fantastik görünüşü və faydaları ilə Əjdaha qanı ağacı təbiətin nadir xəzinəsi kimi qorunmalıdır.
Fatimə Məmmədova
18:29 02.01.2026
Oxunuş sayı: 1425