YouTube bir il ərzində Rusiyada tamamilə bloklanacaq
Rusiya Dövlət Duması YouTube-un ölkədə 6 ay–1 il ərzində tam bloklanacağını açıqlayıb. İstifadəçilərə Rutube və VK Video platformalarına keçmək tövsiyə olunub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədr müavini Andrey Svintsov bildirib ki, YouTube Rusiya qanunlarını pozmaqda davam edir. Onun sözlərinə görə, kontent yaradıcıları yerli platformalara keçməlidir.
YouTube-da məhdudiyyətlər 2024-cü ilin yayından başlayıb. “Roskomnadzor” girişin 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə məhdudlaşdırıldığını açıqlayıb. Mobil operatorlar isə 2024-cü ilin dekabrından platformada video izləməni faktiki bloklayıblar.
16:22 16.12.2025
Oxunuş sayı: 1166