Son sızdırılan məlumatlara görə, Apple-ın gələn il təqdim edəcəyi qatlana bilən iPhone modelində Face ID əvəzinə yan tərəfə quraşdırılmış Touch ID barmaq izi skaneri istifadə olunacaq. Bu barədə GizmoChina Digital Chat Station-a (DCS) istinadən məlumat yayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, Face ID-dən imtina qərarı cihazın mümkün qədər nazik dizayn olunması ilə bağlıdır. Üz tanıma üçün tələb olunan komponentlərin çox yer tutduğu qeyd olunur. Eyni səbəbdən Apple ekranaltı ultrasəs barmaq izi skanerindən də istifadə etməyib.
Məlumata əsasən, hazırkı prototip 7,58 düymlük elastik əsas ekrana və 5,25 düymlük xarici ekrana malikdir. Cihaz ikili 48 MP əsas kamera və “çox davamlı” menteşə ilə təchiz olunub.
Qeyd edək ki, Apple son illərdə əsas iPhone modellərində Touch ID-dən istifadə etmir. Barmaq izi skaneri olan son model 2022-ci ildə təqdim edilən iPhone SE 3 olub.
Nəzrin Abbas