"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, eləcə də “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
19:00 12.12.2025
Oxunuş sayı: 816