Azərbaycan Ərdəbil vilayəti ilə ticarət və investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər
Azərbaycan və İranın Ərdəbil vilayəti arasında müxtəlif istiqamətlər, o cümlədən ticarət və investisiya üzrə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində böyük potensial var.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə deyib.
O vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verir.
Bildirilib ki, ölkələr arasında iqtisadi tərəfdaşlıq əlaqələri inkişaf edir.
Tərəflər mədənçilik, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirə aparıblar.

19:26 11.12.2025
Oxunuş sayı: 959