Kriptovalyuta bazarının son göstəriciləri
Dekabr ayının 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.
Crossmedia.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 2.65% ucuzlaşaraq 90 226 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.86% azalaraq 3201 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.88%, BNB isə 2.55% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.
09:20 11.12.2025
Oxunuş sayı: 1251