Azərbaycanda 11 ayda adambaşına düşən ÜDM açıqlanıb
Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında 116 320.1 milyon manatlıq ümumdaxili məhsul (ÜDM) istehsal olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz çoxdur.
Əlavə olunub ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.8 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 3.2 faizlik artım qeydə alınıb.
"ÜDM istehsalının strukturu belə olub: sənaye - 34 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri - 10.6 faiz, nəqliyyat və anbar təsərrüfatı - 7.2 faiz, tikinti - 6.5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 6.4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə - 2.8 faiz, informasiya və rabitə - 1.9 faiz, digər sahələr - 21.1 faiz. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9.5 faizini təşkil edib.
Hesabat dövründə ölkə əhalisinin adambaşına düşən ÜDM 11 356.4 manat olub", - deyə məlumatda vurğulanıb.
17:32 10.12.2025
Oxunuş sayı: 1105