Azərbaycanla ABŞ arasında "bulud" infrastrukturunun inkişafı müzakirə olunub
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də səfərdədir.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük. Görüş zamanı "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə etdik", - paylaşımda bildirilib.

13:58 09.12.2025
Oxunuş sayı: 1192