Qızılın qiyməti yüksəlir, gümüş ucuzlaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Crossmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,05% artaraq 4 244,95 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,46% azalaraq 58,78 ABŞ dolları olub.
10:24 08.12.2025
Oxunuş sayı: 1036