Ən yaxın dostumuzun işində nasazlıq yaranb?- Sİ nə qədər etibarlıdır?
Son günlər ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çatbotunda yaranan nasazlıq bir sıra ölkələrdə geniş şəkildə hiss olunub. İstifadəçilər servisin daxil olmamasından tutmuş cavab verməməsinə, yavaşlamasına və müxtəlif texniki xətalara qədər fərqli problemlər yaşadıqlarını bildiriblər. Süni intellektin gündəlik işlərdə, təhsildə və kommunikasiya proseslərində bu qədər geniş istifadə olunduğu bir dövrdə belə nasazlıqlar təkcə texniki problem kimi yox, həm də bu tip platformaların ümumi etibarlılığına dair sualları gündəmə gətirir. Bu hadisə göstərdi ki, milyonlarla insanın faydalandığı SI xidmətləri nə qədər güclü infrastruktura malik olsa da, zaman-zaman çökə və ya gözlənilməz fasilələrlə üzləşə bilər. Elə buna görə də son baş verənlər süni intellekt texnologiyalarının dayanıqlığı, təhlükəsizliyi və uzunmüddətli etibar məsələlərini yenidən müzakirə mövzusuna çevirib.
Mövzu ilə bağlı İnformasiya təhlüksizliyi eksperti Eyvaz Kərimov Crossmedia.az-a açıqlama verib:
“Bu günlərdə chatgpt-də qlobal nasazlıq oldu. Minlərlə istifadəçi eyni anda xidmətdən istifadə edərkən çatbotla bağlı problemlər yaşadı. Problemlər sadəcə Azərbaycanda deyil, bir çox ölkədə qeydə alınıb. OpenAI texniki komandasının problemi aradan qaldırdığı bildirilir, amma bu hadisə belə platformaların arxasında duran infrastrukturun, serverlərin və şəbəkənin bəzən həssas ola biləcəyini göstərdi. Bu da sübut edir ki, süni intellektə əsaslanan bu cür sistemlər nə qədər inkişaf etsələr də 100 % fasiləsiz və problemsiz işləmə zəmanəti yoxdur. Ona görə vacib işlərdə ya alternativ yollar nəzərdə tutulmalıdır, ya da çatbotdan asılılıq ölçülü olmalıdır”.
Ayhan
12:23 05.12.2025
Oxunuş sayı: 1290