2024-cü ildə Azərbaycan və BƏƏ arasındakı ümumi ticarət həcmi 2 mlrd. 200 milyon dollar təşkil edib
2024-cü ildə Azərbaycan və BƏƏ arasındakı ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohammed Al Blooshi ölkəsinin Milli Günü münasibətilə keçirilən qəbulda deyib.
O vurğulayıb ki, BƏƏ-Azərbaycan münasibətləri iki ölkəni birləşdirən, qarşılıqlı hörmətə və ümumi maraq kəsb edən ən mühüm beynəlxalq məsələlər üzrə mövqelərin birləşdirilməsi yolu ilə ümumi maraqların əldə edilməsinə əsaslanan möhkəm dostluğu əks etdirir:
"İki ölkə arasında hava nəqliyyatına gəlincə, BƏƏ-nin milli aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumisayı təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçünisə həftədə 14 reysə çatmışdır. 2024-cü ilinstatistikasına əsasən, BƏƏ-dən gələn turistlərin sayı 48 888 nəfər, Azərbaycan turistlərinin sayı isə 115 189 nəfər olmuşdur. Bu rəqəmlər iki ölkə arasında artaniqtisadi əlaqələrin müsbət göstəricisidir. Bundan əlavə, 2025-ci il üçün ilkin iqtisadi məlumatlar BƏƏ ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinindaha parlaq gələcəyini əks etdirir".
19:52 02.12.2025
Oxunuş sayı: 422