Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Sabahdan başlayaraq 2 gün ərzində Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Crossmedia.az xəbər verir ki, tədbir "Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq" devizi altında baş tutacaq.
Forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələrdə aktual trendlərin müzakirəsinə həsr olunacaq.
Tədbirdə dövlət qurumları, bank və maliyyə institutları, fintex ekosistemi, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərin nümayəndələri iştirak edəcək.
11:33 18.11.2025
Oxunuş sayı: 1447