Yalçın Rəfiyev: Azərbaycan emissiyaları 40% azaltmağı 15 il daha tez öhdəsinə götürür
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatı ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" sosial şəbəkə səhifəsində qeyd olunub.
Y.Rəfiyev Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini təsdiqləyib və bildirib ki, COP29-da sədrliyin uğurla başa çatmasından sonra da ölkə iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün bütün dövlətlərlə sıx əməkdaşlığı davam etdirəcək.
"O həmçinin Azərbaycanın iddialı iqlim təşəbbüslərindən də danışıb. Bunlara ölkənin yeni NDC-si daxildir ki, bu da emissiyaların azaldılması öhdəliklərini 40% sürətləndirir, yəni 2050-ci il kimi nəzərdə tutulan yekun tarix 2035-ci ilə endirilir. Bundan əlavə, bu təşəbbüslərə Azərbaycanın Xəzər dənizinin mühafizəsi üzrə daxili, regional və qlobal səyləri daxildir. Baş danışıqçı beynəlxalq ictimaiyyəti bir daha bu həyati əhəmiyyətli resursun qorunması istiqamətində səyləri birləşdirməyə və dəstək verməyə çağırıb", – deyə paylaşımda vurğulanıb.
19:54 17.11.2025
Oxunuş sayı: 1422