COP29-la bağlı yaradılmış Əməliyyat Şirkəti fəaliyyətini dayandırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Ləğvetmə Komissiyası yaradılıb.
Şirkətin kreditor borcları ilə əlaqədar iddialar 2 ay müddətində Komissiyaya təqdim edilməlidir. Göstərilən müddətdən sonra iddialara baxılmayacaq.
09:00 08.01.2026
Oxunuş sayı: 2817