Azərbaycan nümayəndə heyəti COP29 təcrübəsini paylaşmaq üçün Türkiyəyə səfər edəcək
Azərbaycandan olan nümayəndə heyəti ölkəmizin COP29 təcrübələlərini bölüşmək üçün Türkiyəyə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
“Bildiyiniz kimi, Türkiyənin COP31-ə evsahibliyi haqqını qazanması üçün Azərbaycan vasitəçilik edib. Azərbaycandan sonra regionumuzda Türkiyənin bu tədbirə evsahibliyi etməsi regionumuzda ekologiyaya diqqətin artmasına səbəb olacaq. Biz bu sahədə uğurlu təcrübələri olan bir dövlət kimi Türkiyə tərəfinə öz dəstəyimizi təklif etmişik. Türkiyə tərəfi də bunda maraqlıdır. Yaxın zamanda Türkiyəyə nümayəndə heyətimizin səfər etməsi planlaşdırılır və bu səfər çərçivəsində öz təcrübəsini qardaş ölkə ilə bölüşəcək”, - Yalçın Rəfiyev bildirib.
10:44 02.12.2025
Oxunuş sayı: 1275