Azərbaycanda kərpic istehsalı 10 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 554,1 min kubmetr tikinti kərpici istehsal edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Bu il noyabr ayının 1-nə, ölkədə 13,8 min kubmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.
10:32 15.11.2025
Oxunuş sayı: 1090