Azərbaycan iqtisadi göstəriciləri 1%-dən çox artım göstərib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.
ÜDM istehsalının 34 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 %-i tikinti, 2,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 20,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 %-ni təşkil edib.
10 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 10 393 manat olub.
12:15 14.11.2025
Oxunuş sayı: 1287