Xəzinədarlıq 10 ayda 1 milyondan çox ödəniş tapşırığını yerinə yetirib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı xəzinədarlıq orqanları 1 milyon 283 mindən artıq ödəniş tapşırığı icra edib.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri sifarişlər əsasında xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.
14:45 13.11.2025
Oxunuş sayı: 1029