Azərbaycan bankları "Bloomberg" platformasında əməliyyat aktivliyini 16 % artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 51,9 milyard manat məbləğində 2 864 ədəd əqd bağlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,7 % az və 16,1 % çoxdur.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95%-i 1-3 günlük olub.
10:45 13.11.2025
Oxunuş sayı: 1369