Şəhidlər xiyabanında nalayiq video çəkən əcnəbilər məhkəmə qarşısına çıxarılıb
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç nəfər əcnəbi Səbail Rayon Məhkəməsinə gətirilib.
Crossmedia.az-ın məlumatına görə, bu gün onlar barəsində açılan cinayət işi üzrə məhkəmə prosesinin başlayacağı gözlənilir.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu il avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
10:05 13.11.2025
Oxunuş sayı: 1274