Sahil Babayev: Son 5 ildə qeyri-neft-qaz ÜDM-miz nominal ifadədə 63 %, real ifadədə 34 % artıb
                                            Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz ümumi daxili məhsulu (ÜDM) nominal ifadədə 63 %, real ifadədə 34 % artıb.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Gələn il bu rəqəm 101,7 milyard və yaxud bu illə müqayisədə 5 % real artımla proqnozlaşdırılır", - deyə o əlavə edib.
12:00 04.11.2025
Oxunuş sayı: 1230