Belarus şirkəti Azərbaycanda liftləri modernləşdirir
Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir.
Crossmedia.az-ın xəbərinə görə, bunu bu gün Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov bildirib.
Qeyd edilib ki, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.
10:46 28.10.2025
Oxunuş sayı: 1121