Ölkədə kondisionerlərə dair yeni tələblər müəyyənləşir
Azərbaycanda "Kondisionerlərin enerji etiketlənməsinə dair texniki reqlament" və "Kondisionerlər və sərinkeşlərə ekodizayn tələblərinə dair texniki reqlament" layihəsi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və hazırda ictimai müzakirələr mərhələsindədir.
Məlumata əsasən, bu mərhələ yekunlaşdıqdan sonra layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
“İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır”, - məlumatda qeyd edilib.
15:41 27.10.2025
Oxunuş sayı: 1065