Azərbaycanda əmlak sığortası bazarı 10%-ə yaxın böyüyüb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 182,665 milyon manat təşkil edib.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 16,4 milyon manat və ya 9,8% çoxdur.
Eyni zamanda, hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 31,329 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 7,7 milyon manat və ya 32,6% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.
13:18 27.10.2025
Oxunuş sayı: 1103