Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir
Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılması təklif edilir.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında iqtisdiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır:
"Eyni zamanda, 2023-cü ilin noyabrında TDT-nin Astanada keçirilmiş 10-cu Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsü sənaye və texnologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. TÜRKMET-in təsis olunması regional iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından vacibdir.
13:00 24.10.2025
Oxunuş sayı: 1296