Azərbaycan GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Gürcüstan Milli Bankı, eləcə də Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, sədr sammit çərçivəsində keçirilən "Maliyyə xidmətləri və ödənişlərdə növbəti qlobal innovasiya dövrü"mövzusunda panel müzakirəsində çıxışı zamanı qlobal çağırış və imkanlar, eləcə də ölkəmizdə ödəniş sistemlərinin inkişafı, innovativ maliyyə həllərinin tətbiqi və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
"Bu kimi beynəlxalq platformalar maliyyə texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi və qlobal əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
10:14 24.10.2025
Oxunuş sayı: 921