Azərbaycan Polşaya qarpız satışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 7,62 milyon ABŞ dolları dəyərində 16 628 ton qarpız ixrac edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq - 86 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 6,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 13 814 ton (+2,6 dəfə), Ukraynaya 577 min ABŞ dolları dəyərində (-16 %) 1 122 ton (-28 %), Belarusa 471 min ABŞ dolları dəyərində (+2 dəfə) 1 309 ton (+57 %), Estoniyaya 57 min ABŞ dolları dəyərində (-37 %) 168 ton (-38 %), Polşaya 41,24 min ABŞ dolları dəyərində 116 ton məhsul satıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Polşaya qarpız tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 8,97 min ton qarpızın 60 %-i Rusiyanın payına düşüb.
16:58 23.10.2025
Oxunuş sayı: 1254