Azərbaycanın strateji valyuta ehtiyatları 81 mlrd. dolları ötüb

Azərbaycanın strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 mlrd. artaraq bu il 81,5 mlrd. dollara bərabər olub.
Crossmedia.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,31 mlrd. dollara çatıb.
“Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir, bu isə kifayət qədər yüksək göstəricidir”- AMB sədri əlavə edib.
11:23 22.10.2025
Oxunuş sayı: 864