Azərbaycanın peyk təsvirlər əsasında relyef xəritələri hazırlanacaq

İqtisadiyyat Nazirliyinin sifarişi ilə "Azərkosmos" ölkənin 30-50 sm görüntülü peyk təsvirləri çəkilir. Bu peyk təsvirləri əsasında ölkənin müxtəlif relyef xəritələri hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
"Bu da təkcə İqtisadiyyat Nazirliyi üçün deyil, bütün dövlət qurumları, dövlət təşkilatları, sahibkarlıq subyektləri və vətəndaşlara açıq resursa çevriləcək. Bu təsirlərdən Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında istifadə ediləcək", - deyə A. Nərimanov vurğulayıb.
11:34 21.10.2025
Oxunuş sayı: 908