Azərbaycan valyuta bazarının həftəlik İCMALI

Bu həftə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.
Crossmedia.az xəbər verir ki, orta çəkili məzənnə 1,7 manat təşkil edib.
Həftə ərzində manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0252 manat azalıb. Orta çəkili məzənnə də 0,01434 manat azalaraq, 1 avro üçün 1,98066 manat olub.
Bu həftə manatın 100 Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0,0275 manat artıb. Orta çəkili məzənnə 0,0175 manat artaraq, 100 rubl üçün 2,07234 manat təşkil edib.
Həftə ərzində manatın 1 Türkiyə lirəsinə nisbətdə rəsmi məzənnəsi 0,0001 manat azalıb. Orta çəkili məzənnə 0,00012 manat azalaraq 1 lirə üçün 0,04076 manat olub.
09:44 11.10.2025
Oxunuş sayı: 2626