Azərbaycan banklarında unikal əmanətçilərin sayı açıqlanıb

Bu ilin I yarısında Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı 11,7 % artaraq 168 min nəfəri keçib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, bu rəqəm ötən ildən başlayaraq əhəmiyyətli artım nümayiş etdirib, nəticədə sektorun maliyyə-prudensial tələblərini üstələyib.
10:48 07.10.2025
Oxunuş sayı: 2185