Azərbaycanın sığorta və təkrar sığorta brokeri təşkilati-hüquqi formasını dəyişir

"Buta Sığorta və Təkrar Sığorta Brokeri" QSC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Buta Sığorta və Təkrar Sığorta Brokeri" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır.
10:13 06.10.2025
Oxunuş sayı: 1958