Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri hüquq və konsaltinq şirkətlərilə müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)
tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin
dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.
Crossmedia.az
xəbər verir ki, DVX-in Vergiödəyicilərinin
qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə təqdimatla çıxış
edərək ölkəmizdə biznesə başlama sahəsində həyata keçirilən islahatlar,
biznesin qeydiyyatı qaydalarında aparılan təkmilləşdirmələr, qanunvericilikdə
dəyişikliklər və elektron xidmətlər barədə məlumat verib. Bildirilib ki,
biznesin qeydiyyatı sahəsində əldə olunan nəticələr beynəlxalq reytinqlərdə də
yüksək göstəricilərlə öz əksini tapıb. Xarici investisiyalı şirkətlər üçün
mövcud imkanlar da diqqətə çatdırılıb.
Görüşdə kommersiya hüquqi
şəxslərin reyestr məlumatlarında dəyişikliklər üzrə yeni qaydalar, texniki
imkanlar və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə
daxilolma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verilib.
2025-ci il üzrə Yol Xəritəsinə uyğun olaraq konsul leqallaşdırılması
informasiya sisteminin yaradılması, dövlət orqanlarının məlumat bazalarının
inteqrasiyasının genişləndirilməsi, benefisiar mülkiyyətçilərin reyestrinin
aparılması və təsisçi dəyişikliyinin proaktiv qeydiyyatı əsas istiqamətlər kimi
vurğulanıb.
Tədbir iştirakçılarına qeydiyyat
sahəsində statistika, elektron qeydiyyatın xüsusi çəkisinin və xarici
investisiyalı müəssisələrin artım göstəriciləri təqdim olunub.
21:52 01.10.2025
Oxunuş sayı: 684