İrandan gətirilən mallar Ordubad məhsulları adı altında satılır - Baş icraçı direktor

İrandan gətirilən məhsullar bazara Naxçıvan, Ordubad məhsulları adı altında çıxarılır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının baş icraçı direktoru Emin Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, bazarda belə halların baş verməsi çox narahatedici məqamdır.
“Burada ixtisaslı kadrların ortaya çıxarılması məsələsi də diqqətdə saxlanılmalıdır”, - deyə E.Əliyev vurğulayıb.
12:57 01.10.2025
Oxunuş sayı: 2679