Azərbaycan və Mərakeş məşğulluq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və Mərakeş məşğulluq, peşə təhsili və əmək bazarının inkişafı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Crossmedia.az-ın məlumatına görə, bunu Mərakeşin iqtisadi inteqrasiya və kiçik müəssisələr naziri Yunes Sekkuri Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iki ölkə sıx dostluq əlaqələrinə malikdir, viza rejiminin ləğvi isə daha aktiv turizm mübadiləsinə kömək edir.
Nazir islam ölkələrinin rəqəmsal və iqlim dəyişikliklərinə uyğunlaşmaq, həmçinin gəncləri əmək bazarının yeni çağırışlarına hazırlamaq üçün birgə səylərinin zəruriliyini vurğulayıb.
Y.Sekkuri qeyd edib ki, səylər çevik əmək bazarının yaradılması, peşə təhsilinin inkişafı və gənclərin iqtisadi potensialının açılması istiqamətində yönəldilməlidir.
12:33 23.09.2025
Oxunuş sayı: 3390