Azərbaycanla IFC arasında dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlıq sazişi imzalanıb
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “Dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə məsləhət (PPP) xidmətləri üzrə regional meneceri Tomas Lyubek imza atıblar.
15:46 22.09.2025
Oxunuş sayı: 3736