Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib.
Crossmedia.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 7-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "PAŞA Sığorta" ASC olub. Şirkətə 209,9 min manat ödənilib.
12:58 19.09.2025
Oxunuş sayı: 3582