Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 77% artırıb

Bu ilin ilk 6 ayında Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 3,428 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,494 milyon ABŞ dolları və ya 77,2% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-dən yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Asiya İnkişaf Bankından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,934 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.
14:19 17.09.2025
Oxunuş sayı: 1158