Bu il Azərbaycana daxil olan pul baratlarının həcmi 534 mln. dollara çatıb

Bu ilin I yarısında pul baratları formasında ölkəyə daxil olan vəsaitlərin həcmi 533,9 milyon dollar olub.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O bildirib ki, Rusiyadan ölkəyə daxil olan vəsaitlərin həcmi 214 mln. dollar, Türkiyədən 87,8 mln. dollar, ABŞ-dan 52,1 mln. dollar, Böyük Britaniyadan 18,8 mln. dollar, BƏƏ-dən 18,6 mln. dollar təşkil edib.
Azərbaycandan ən çox pul baratları Türkiyəyə (68 mln. dollar), ABŞ-a (40 mln. dollar), Rusiyaya ( 22,1mln. dollar), Gürcüstana (13,9 mln. dollar) və Böyük Britaniyaya (12,3 mln. dollar) göndərilib.
10:50 17.09.2025
Oxunuş sayı: 1008