Azərbaycanda iqtisadi artım növbəti 4 ildə orta hesabla 3,5 % təşkil edəcək

Azərbaycanda ÜDM-in orta illik artımı 2026-2029-cu illərdə 3,5 % təşkil edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Növbəti 4 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda artım 4,9 % səviyyəsində olacaq.
2026-cı il üçün ÜDM-in artımı 2,9 % səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, gələn il qeyri-neft-qaz sektorunda 5 % artım gözlənilir, neft-qaz sektorunda isə azalma 2,4 % təşkil edəcək.
2027-ci ildə ÜDM-in 3,3 % artacağı proqnozlaşdırılır, qeyri-neft-qaz sektorunda artım 4,8 %, neft-qaz sektorunda azalma 1,3 % təşkil edəcək.
2028-ci ildə ÜDM-in artımı 3,1 % səviyyəsində gözlənilir, qeyri-neft-qaz sektorunda artım 5 %, neft-qaz sektorunda azalma 3,2 % təşkil edəcək.
2029-cu il üçün iqtisadi artım 4,8 % səviyyəsində proqnozlaşdırılır, qeyri-neft-qaz sektorunda artım 4,9 %-ə, neft-qaz sektorunda artım 4,7 %-ə bərabər olacaq.
Məlumata görə, ÜDM-in nominal həcmi 2026-cı ildəki 134,1 milyard manatdan 2029-cu ildə 161,8 milyard manata qədər artacaq.
Proqnozlara görə, 2030-cu ilə qədər ÜDM-də qeyri-neft-qaz sektorunun payı 80 %-ə çatacaq.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda ÜDM-in 3 % artacağı proqnozlaşdırılır, o cümlədən qeyri-neft-qaz sektorunda artım 4,6 %, neft-qaz sektorunda azalma 0,2 % təşkil edəcək.
11:55 16.09.2025
Oxunuş sayı: 803