Azərbaycan avqustda kompüter istehsalını 13 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 430 ədəd noutbuk, 2 365 ədəd stolüstü kompüter istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,9 % az və 2,4 dəfə çoxdur.
Təkcə avqustda isə 221 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 13 dəfə çoxdur. Son iki ayda Azərbaycanda noutbuk istehsal edilməyib.
2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.
13:01 15.09.2025
Oxunuş sayı: 621