Azərbaycanda duru bitki yağı istehsalı azalıb, marqarin istehsalı isə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 25 min 643,4 ton duru bitki yağları istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 31 min 653,5 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur.
Sentyabrın 1-nə ölkədə 2 min 432,6 ton duru bitki yağı, 3 min 252,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 13,2 % və 18,1 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.
14:16 13.09.2025
Oxunuş sayı: 653