Azərbaycanda mis konsentratı istehsalı 15 dəfədən çox artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1693,4 ton mis konsentratı istehsal edilib.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1581,4 ton və ya 15,1 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanda 112 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, cari ilin avqust ayının birinə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 255,3 ton olub.
12:23 27.08.2025
Oxunuş sayı: 797