Azərbaycandan xarici bazarlara meyvə-tərəvəz ixracı artıb

Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.
Bu barədə Crossmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, eyni dövrdə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6% artım qeydə alınıb.
O cümlədən, bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.
"Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib", - məlumatda qeyd edilib.
10:29 23.08.2025
Oxunuş sayı: 704