Apple iPhone 17 istehsalını Çindən Hindistana köçürür

Apple istehsal strategiyasında tarixi dəyişiklik edir. Şirkət ilk dəfə bütün iPhone 17 modellərini, o cümlədən Pro versiyalarını yalnız Hindistanda yığacaq. Bu addım ABŞ texnologiya nəhənginin Çindən asılılığını azaltmaq planlarının ən mühüm mərhələsi hesab olunur.
Crossmedia.az xəbər verir ki, Apple Hindistanda smartfon istehsalını kəskin şəkildə artıraraq, ölkəni qlobal təchizat zəncirinin əsas halqasına çevirir. İlk dəfə olaraq iPhone 17-nin bütün dörd modeli, o cümlədən Pro versiyaları, gələn ay təqdimatdan əvvəl məhz burada yığılacaq.
İstehsal beş zavodu əhatə edir, o cümlədən Tamilnad ştatının Hosur şəhərində yerləşən Tata Group-un yeni müəssisələri və Banqalor hava limanı yaxınlığında Foxconn zavodu. Gələcək iki il ərzində Tata-nın istehsal gücü Hindistanda buraxılan bütün iPhone-ların yarısını təmin edə biləcək.
Bənövşə Zahidli
13:36 22.08.2025
Oxunuş sayı: 874