Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8 faiz artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyindən Crossmedia.az-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.
Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.
Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.
09:30 20.08.2025
Oxunuş sayı: 858