Bu il Azərbaycanda növbəti vençur fondu yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda “White Hill” vençur fondunun yaradılması nəzərdə tutulub.
Bu barədə Crossmedia.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
Məlumata görə, cari ildə “İnmerge” vençur fondunun da fəaliyyətə başlaması planlaşdırılır.
Qeyd edək ki, “İnmerge” vençur fondu ötən il Bakıda keçirilən "İNMerge" innovasiya sammiti çərçivəsində təsis olunub.
15:09 08.08.2025
Oxunuş sayı: 725