Bu ilin 7 ayı ərzində BTQ dəmir yolu ilə təqribən 250 min ton yük daşınıb

Bu
ilin yeddi ayə ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi təqribən
250 min ton olub.
Crossmedia.az
xəbər verir ki, bu barədə jurnalistlərə Qarsın Ticarət-Sənaye Palatasının sədri
Kadir Bozan deyib.
Onun
sözlərinə görə, BTQ dəmir yolu ilə yük axını davamlı artır və proqnozlar göstərir
ki, ilin sonunda bu rəqəm 500 tonu keçəcək.
K.Bozan
əlavə edib: "Biz nəqliyyat sahəsində 2030-2032-ci illər üçün nəzərdə
tutulmuş hədəflərə yaxınlaşırıq. Yükdaşımalarında müsbət tendensiyanın davam edəcəyi
təqdirdə cari ilin göstəriciləri ilə 2024-cü ildə olanlar arasında böyük fərq
gözlənilir”.
O, həmçinin
diqqəti BTQ dəmir yolu xəttinin üstünlüklərinə cəlb edib və bildirib ki, bu
marşrut sayəsində yüklərin Avropadan Asiyaya çatdırılma müddəti 40-60 gündən
12-14 günədək azalacaq.
Palata
sədri əmin olduğunu bildirib ki, BTQ dəmir yolu Şərqi Anadolu bölgəsinin
inkişafına güclü təkan verəcək.
20:10 02.08.2025
Oxunuş sayı: 769